• İQTİSADİYYAT

    16:45 3 may 2019

Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiqlənib - SİYAHI


Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nı təsdiqləyib.

ONA-nın məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimovun imzaladığı qərar bu gündən – mayın 3-dən qüvvəyə minib.

Bu qərar “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının icrası məqsədi ilə qəbul edilib. Fərmanla təsdiqlənən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına əsasən, kredit müddəti güzəştli şərtlərlə alınan kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

- texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;

- idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

- texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.

Qərara əsasən, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalar aşağıdakılardır:

Kənd təsərrüfatı texnikasının təyinatı

Texnika və texnoloji avadanlıqlar

1

Traktor və ekskavator (təkərli və tırtıllı)

1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru

1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru

1.3. Universal becərmə traktorları

1.4. Minitraktor

1.5. Yükləyici ekskavator

2

Torpaq hazırlama və becərmə texnikası

2.1. Kotan

2.2. Riper

2.3. Kultivator

2.4. Mala

2.5. Daştəmizləyən və ya daşxırdalayan

2.6. Çalaqazan

2.7. Bitki qalıqlarını xırdalayan

2.8. Kanalaçanlar və suvarma şırımı açan

2.9. Tirədüzəldən

2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budanmasında istifadə edilən texnika

3

Səpin və əkin texnikası

3.1. Toxumsəpən

3.2. Kombinəedilmiş toxumsəpən aqreqat

3.3. Şitiləkən

3.4. Kartofəkən

3.5. Meyvə tingi əkən maşın və qoşqu

3.6. Şitil hazırlayan konveyer

4

Biçin və yığım texnikası, maşın və qoşquları

4.1. Dənli bitkiləri biçən kombayn və xeder

4.2. Pambıqyığan kombayn, maşın və qoşqu

4.3. Şəkərçuğunduru yığan kombayn, maşın və qoşqu

4.4. Kartofyığan kombayn, maşın və qoşqu

4.5. Tərəvəzyığan kombayn, maşın və qoşqular

4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (platforma)

4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika

4.8. Traktor qoşqusu (yedək)

4.9. Xüsusi təyinatlı qoşqu (heyvandaşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, müxtəlif təyinatlı çənlər)

5

Gübrəsəpən və hazırlayan maşın, avadanlıq və qoşqular

5.1. Bərk mineral və üzvi gübrəsəpən

5.2. Maye mineral və üzvi gübrəsəpən

5.3. Üzvi gübrə hazırlayan maşın və avadanlıq

6

Bitki mühafizəsi maşın və avadanlığı

6.1. Çiləyici

6.2. Tozlayıcı

6.3 Toxumdərmanlayan

7

Suvarma sistemləri dəsti və avadanlığı

7.1. Pivot tipli suvarma sistemi

7.2. Damcılı və yağış yağdırma tipli suvarma sistemi

7.3. Barabanlı (tamburlu) suvarma sistemi

8

İlkin emal avadanlığı

8.1. Taxılyükləyən

8.2. Toxumqurudan

8.3. Qərzəkli meyvə təmizləyən maşın

8.4. Məhsulun və toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın

8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular

9

Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğular

9.1. Süd sağım avadanlıq və aqreqatları

9.2. Qırxım aqreqatları

9.3. Üzvi gübrə separatorları

9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq

9.5. Qaşıma fırçası

9.6. Heyvan saxlanılan qurğu və avadanlıq

9.7. Quş qəfəsləri

9.8. İnkubator dəstləri

10

Yem istehsalında, tədarükündə və yemləmədə istifadə olunan maşın, avadanlıq və texnika

10.1. Otbiçən kombayn və maşın

10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu

10.3. Dırmıq

10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın

10.5. Yükləyici

10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika

10.7. Asılan, qoşulan və özüyeriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı

10.8. Yem istehsal edən texnoloji avadanlıq

11

İnnovativ texnika və texnoloji avadanlıq

11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq

11.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıqlar

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR