• İQTİSADİYYAT

    16:38 3 may 2019

AQTA: Bazarda aşkar olunan uyğunsuz ərzaq məhsulları geri çağırılmalıdır

Azərbaycanın qida bazarında uyğunsuz ərzaq məhsulları aşkar olduğu halda, onlar sahibkarlar tərəfindən geri çağırılmalıdır. Bunu ONA-ya Azətrbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, yeni "Qida Təhlükəsizliyi haqqında" Qanuna uyğun olaraq, sahibkar tərəfindən geri çağırılma baş vermədiyi halda, uyğunsuz məhsullar dövlət orqanı tərəfindən bazardan yığışdırılır.

"Biz belə hallarla da rastlaşırıq. Beynəlxalq təcrübədə uyğunsuz məhsulun geri çağırılması sahibkarın öhdəliyidir. Sahibkarda məsuliyyət yaranmalıdır ki, ona aid məhsulun geri çağırılması onun həm sosial, həm də iqtisadi öhdəliyi olsun. Digər tərəfdən geri çağırılma özü özlüyündə utandırıcı hal deyil, əksinə, şərəfverici haldır və sahibkarlar başa düşməlidir ki, məhsulun geri çağırılması istehlakçının ona qarşı etimadın yaranmasına xidmət edir. Bu, həmçinin, sahibkarın öz məsuliyyətini necə yerinə yetirdiyinin göstəricisidir. Hələlik sahibkarlar geri çağırılma məsələsinə müsbət yanaşmırlar, amma ümid edirik ki, bu stereotiplər dəyişəcək və sahibkarlar bunu özlərinin marketinq siyasətinə çevirəcəklər", - deyə E. Mikayılov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR