• İQTİSADİYYAT

    10:44 3 may 2019

AQTA-nın sədri: "Azərbaycanda qida təhlükəsizliyi üzrə 21 laboratoriya qurulub"

Bakıda və regionlarda müasir tələblərə cavab verən qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ən mürəkkəb analizlərin aparmağa imkan verən 21 laboratoriya qurulub. ONA-nın xəbərinə görə, bunu "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş dəyirmi masada çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin laboratoriyadan 6-sı Abşeronda, 15-i isə Azərbaycanın regionlarında qurulub.

"Qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, peşəkar kadrların cəlb olunması, eyni zamanda AQTA institutunun maddi-texniki bazasının formalaşdırmaqla bir sıra tədbirlər görülüb. Agentlik tərəfindən baytarlıq, fitosanitariya, biotəhlükəsizlik və qida təhlükəsizliyi sahəsində idarəetmənin optimallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib", - deyə Q. Təhməzli qeyd edib.

Agentliyin sədri onu da bildirib ki, Azərbaycanda qida təhlükəsizliyi təmin edilməsinə dair 2019-2025-ci illər üçün dövlət proqramının strateji istiqamətləri üzrə yeni qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi ilə bağlıdır.

"12 prioritet istiqamətləri müəyyən olunduğu dövlət proqramı 7 il ərzində ölkədə qida təhlükəsizliyinin institusional formalaşmasına və qida təhlükəsizliyinin tam təmin olunmasına yönəlmiş tədbirləri özündə ehtiva edir", - deyə Q. Təhməzli bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR