Sahibkarlar qida məhsullarının daşınmasında, saxlanmasında və satışında bütün sanitar normalara riayət etməlidirlər. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, Agentlik tərəfindən müvafiq təlimlər, tədrislər həyatda keçirir ki, həmin rejimlərin beynəlxalq standartlara uyğun yerli sahibkarlar həyata keçirə bilsinlər.
"Qida məhsullarının saxlanması, daşınma satış rejimləri və sanitar gigiyenik normaları var. Təbii ki, bütün müəssisələr həmin norma qaydalarına əməl etməlidir", - deyə Q. Təhməzli bildirib.