• İQTİSADİYYAT

    15:00 7 may 2019

ARDNF apreldə valyuta satışını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

ARDNF-dən ONA-ya verilən məlumata görə, Fond tərəfindən 2019-cu ilin aprel ayı ərzində 423,7 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu ilin mart ayı ilə müqayisədə Fond tərəfindən satılan dolların həcmi 29,4% azalıb.

Ötən ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 47,2% azalıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR