Azərbaycan Dövlət Neft Şirkətini İsveçrədə təmsil edən "SOCAR Energy Switzerland" 2023-cü ilədək İsveçrədə 20 elektrikdoldurma məntəqəsi tikəcək. Bu barədə ONA-ya "SOCAR Energy Switzerland" şirkətindən bildirilib.
Şirkətin məlumatına görə, tikinti icazəsi artıq alınıb. "SOCAR Energy Switzerland" bu cür icazə almış yeganə klassik yanacaqdoldurma məntəqəsi operatorudur ki, bu da şirkətə istirahət yerlərində analoji stansiyaların qurulmasına imkan verəcək.
Stansiyalar 2019-2023-cü illər arasında qurulacaq.