Arıçılıqda istifadə olunan avadanlıq və texnikaya güzəşt tətbiq ediləcək
  • İQTİSADİYYAT

  • 09:32 06 Noyabr 2022

Arıçılıqda istifadə olunan avadanlıq və texnikaya güzəşt tətbiq ediləcək

Arıçılıqda istifadə olunan avadanlıq və texnika “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib.

ONA-nın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Beləliklə, təməl pətək emalı avadanlığı dəsti, avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəst, tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar və arı ailələrinin daşınması üçün qoşqu güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil edilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR