• İQTİSADİYYAT

    10:59 24 may 2019

EHİM: Avroliqanın finalı ilə bağlı Bakıya gələn əcnəbilərə "ASAN Visa" sistemi ilə vizalar 30 saniyəyə verilir

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar vizaların verilməsi 30 saniyə ərzində təmin olunub.

ONA-nın xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda hava limanında qurulan xüsusi terminallar vasitəsilə 3 dəqiqə ərzində vizaların verilməsi təmin olunur, Avroliqanın finalı ilə bağlı isə Bakıya gələn əcnəbilərə “ASAN Visa” sistemi vasitəsilə vizalar 30 saniyəyə verilir.

"Hava limanlarında bizim 70-ə yaxın əməkdaşımız fəaliyyət göstərir. Onlar 12 fərqli dildə turistlərə xidmət göstərirlər. E-visa.gov.az saytı vasitəsilə dünyanın hər yerindən vizalar üzrə müraciət etmək olar. 95 ölkədən onlayn müraciət etmək mümkündür, 15 ölkədə isə hava limanlarında. Toplumda qonaqlar və rəsmi dəvətləri nəzərə alsaq, 170 dən çox dövlətin vətəndaşları Azərbaycana “ASAN Visa” vasitəsilə gəlib", - deyə F. Cəfərov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR