Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni direktoru vəzifəsinə xanım Kandis MakDiqan (Candice McDeigan) təyin olunub.
AİB-dən "APA-Economics"ə verilən məlumata görə, bankın Azərbaycan üzrə keçmiş rəhbəri Nəriman Manapbekov vəzifəsini 2020-ci ilin sonunadək icra edib, bu ilin əvvəlindən etibarən isə sözügedən vəzifəyə K. MakDiqan təyin olunub. MakDiqan bundan əvvəl (2016-2020-ci illərdə) AİB-in Qırğızıstan üzrə direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bankın Azərbaycan üzrə keçmiş rəhbəri N. Manapbekov 2016-cı ildən bəri AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb və noyabr ayında bankın Qazaxıstan üzrə rəhbəri vəzifəsinə başlayıb.