• İQTİSADİYYAT

    13:04 2 may 2019

AİB "Sağlam Okean" layihəsinə 5 mlrd. dollar ayırıb

Asiya İnkişaf Bankı (AİB) "Sağlam Okean" layihəsinə 5 mlrd. ABŞ dolları ayırıb.

ONA-nın AİB-ə istinadən verdiyi məlumata görə, bu barədə qərar Fici Respublikasının paytaxtı Suva şəhərində keçirilən AİB-in Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı zamanı qəbul olunub.

Qeyd edilən layihə 2019-2024-cü illəri əhatə edəcək. Layihə əsas 4 sahədə formalaşacaq. Bunlar davamlı turizm və balıqçılıq üçün əhatəli yaşayış və biznes imkanları yaratmaq, sahil və dəniz ekosistemlərinin və əsas çayların qorunması və bərpası, plastik, çirkab su və kənd təsərrüfatı daxil olmaqla dəniz çirklənməsinin torpaq əsaslı qaynaqlarının azaldılması və limanların və sahil infrastrukturunun davamlılığını artırmaq kimi əsas sahələrdir.

Qeyd edək ki, vəsaitin ayrılacağı Asiya və Sakit Okean regionu kritik həddə çirklənmiş hesab olunur. Bu isə okean sahilində olan ölkələrin dəniz istehsalına ciddi zərbə vurur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR