Mayın 29-da Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunundan sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması məqsədi ilə mayın 30-da hərəkətdə olan 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarından başqa, əlavə 48 nömrəli Bakı-Tbilisi sürət qatarı təyin edilib.
ONA-nın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi məlumata görə, qatar Bakıdan mayın 30-da saat 8:00-da Tbilisi istiqamətində yola düşəcək. Həmin qatara biletlər dəmir yolunun bilet kassalarında və “online” vasitəsi ilə əldə etmək mümkündür.