Avropa Komissiyası Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Sözügedən kəmərlə Azərbaycan qazının Bolqarıstana nəqli nəzərdə tutulub.
ONA-nın Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında 182 km-lik birləşdirici qaz kəmərinə sərf ediləcək.
Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.