Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun rəhbəri Petros Sormelis Azərbaycana gələcək.
ONA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis deyib.
O bildirib ki, səfər aprelin 23-də başlayacaq. Səfər zamanı ticarət əlaqələri üzrə danışıqların aparılması gözlənilir.