Bu ilin ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8,2 mln. ton olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azdır.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8 211,5 min ton, yük dövriyyəsi isə 1 705,8 mln. ton-km olub.
Məlumata əsasən, dəhliz üzrə yüklərin 5 391,5 min tonu və ya 65,7% avtomobil nəqliyyatı, 1 963,1 min tonu və ya 23,9% dəmir yolu nəqliyyatı, 856,9 min tonu və ya 10,4% dəniz nəqliyyatı ilə daşınıb.