• İQTİSADİYYAT

    14:36 17 may 2019

Avrozonada illik inflyasiya 1,7%-ə çatıb

Bu ilin aprel ayında Avrozonada istehlak məhsullarının qiymətləri ötən ilin analoji ayı ilə müqayisədə 1,7% artıb.

ONA-nın Avropa İttifaqının Statistika İdarəsinə (Eurostat) istinadən verdiyi məlumata görə, sözügedən göstərici analitiklərin bundan öncə verdiyi proqnoza uyğundur.

Mart ayında Avrozonada inflyasiyanın səviyyəsi 1,4% təşkil edib. Mart ayı ilə müqayisədə apreldə sözügedən regionda i istehlak məhsullarının qiymətləri 0,7% artıb.

Qeyd edək ki, hesabat ayında Avrozonada enerji daşıyıcılarının qiyməti illik müqayisədə 5,3% artıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR