Avtomobildə gizlədilmiş spirtli içkilər və siqaretlər aşkarlanıb
  • İQTİSADİYYAT

  • 11:55 19 Mart 2019

Avtomobildə gizlədilmiş spirtli içkilər və siqaretlər aşkarlanıb

Gürcüstandan Azərbaycana gələn avtomobildə gizlədilmiş spirtli içkilər və siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zaman nəqliyyat vasitəsindəki yataq dəstinin altından və salonun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilmiş üzərində "Tsianandali Saperavi" yazısı olan 30 ədəd 0,7 litrlik , üzərində "Hlibny Dar" yazısı olan 15 ədəd 1 litrlik spirtli içkilər, 1200 ədəd "Marlboro" markalı siqaretlər aşkar olunub.

Xeybər Heydərov

Teqlər: Gömrük qanunsuz mallar

OXŞAR XƏBƏRLƏR