Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə iqtisadi artımla bağlı proqnozunu yeniləyib.
ONA-nın AYİB-in dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 3,5% artacağı gözlənilir. 2020-ci ildə isə Azərbaycanda ÜDM-in artım tempi 3,3% olacağı gözlənilir.
Bankın fikrincə, Azərbaycan iqtisadiyyatının artımı neft-qaz sahəsində müşahidə edilən müsbət dinamika sayəsində mümkün olacaq.