AYİB Azərbaycan üzrə yeni strategiyasını təsdiqləyib
  • İQTİSADİYYAT

  • 13:39 30 Aprel 2019

AYİB Azərbaycan üzrə yeni strategiyasını təsdiqləyib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün Bankın növbəti 5 il ərzində ölkədə investisiyalarını və dövlətlə münasibətlərini yönləndirəcək yeni strategiyanı təsdiq edib.

ONA AYİB-ə istinadən xəbər veriri ki, 2019-24-cü illər üzrə strategiya aşağıdakı prioritetləri əks etdirir:

Qeyri-neft sektorlarında özəl sektorun inkişafını dəstəkləməklə və özəl və dövlət şirkətlərinin idarəetməsini gücləndirməklə Bank Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səylərini davam etdirmək.

Yerli bank və qeyri-bank təşkilatlarında kreditləşdirməni stimullaşdırmaqla, və yerli valyuta və kapital bazarlarının inkişafına yardım etməklə, AYİB yerli bizneslərin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsi istiqamətində işini davam etdirəcək.

Bərpa olunan enerji mənbələri, artan enerji səmərəliliyi, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla, bank ölkənin yaşıl iqtisadiyyatına dəstəyini artıracaq.

AYİB-in Bakı ofisinin rəhbəri İvana Duarte qeyd edib: "Bu yeni strategiya bizim Azərbaycandakı fəaliyyətimizə yeni təkan verir. AYİB Azərbaycanın öz qeyri-neft sektorunu inkişaf etdirməsi, yerli kreditorların gücləndirilməsi və yaşıl iqtisadiyyatına investisiya qoyuluşlarının artırılmasına yardım etməyə hazırdır. Biz bərpa olunan enerji sektorunda böyük potensialın olduğunu görürük və bu sahədə real  dəyişiklik etmək məqsədi daşıyırıq. Səlahiyyətli orqanların enerji bazarında islahatlar aparmaq və biznes mühitini yaxşılaşdırmaq istiqamətində göstərdikləri davamlı səylər bizim öz vəsaitlərimizin ayrılması və başqa mənbələrdən maliyyənin cəlb edilməsinə böyük yardım edəcək".

AYİB Azərbaycanda aparıcı investordur və indiyədək aşağıda verilmiş müxtəlif sektorlara təxminən 3,3 mlrd. avro investisiya qoyuluşu edib.

OXŞAR XƏBƏRLƏR