• İQTİSADİYYAT

    16:02 25 may 2022

Azad olunmuş ərazilərdə tikililər müvəqqəti reyestr üzrə qruplaşdırılır

“Azad olunmuş ərazilərdə bütün tikililər müvəqqəti reyestr üzrə qruplaşdırılır“.

Bunu APA-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, azad olunmuş ərazilərdə heç bir halda söküntüsünə icazə verilməyən tikililər var: “Bura tarixi-memarlıq əhəmiyyəti olan tikililər daxildir. Heç bir əhəmiyyət kəsb etməyən tikinti qalıqları da var. Bunu da bir sıra dövlət qurumlarının nümayəndələri birlikdə müəyyənləşdirirlər. Hər yeni layihə işlənəndə həmin məkanla bağlı orada hansı növ tikilinin olub-olmadığı mütləq nəzərə alınır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR