• İQTİSADİYYAT

    20:00 2 aprel 2019

AZAL Bakı-Almatı aviareysi üzrə birbaşa uçuşlara başlayıb

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.

ONA-nın məlumatına görə, AZAL-ın reysləri hər həftənin II və VI günləri “Airbus A319” tipli təyyarə ilə həyata keçirilir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından aparılır.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis və əldə etmək mümkündür.

Emil

Teqlər:

SON XƏBƏRLƏR