İstanbulun Atatürk hava limanının bağlanması ilə əlaqədar olaraq aprelin 5-i və 6-ı "Azərbaycan Hava Yolları"nın (Azal) reysləri İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetiriləcək. Azal-dan ONA-ya verilən məlumata görə, reyslər aşağıda göstərilən cədvələ uyğun yerinə yetiriləcək:
5 aprel (yerli vaxtla):
J2-075 (Bakı-İstanbul) – Uçuş: 09.10, Enmə: 11.00
J2-076 (İstanbul-Bakı) – Uçuş: 12.20, Enmə: 16.05
J2-079 (Bakı-İstanbul) – Uçuş: 16.50, Enmə: 18.40
J2-080 (İstanbul-Bakı) – Uçuş: 20.00, Enmə: 23.45
6 aprel (yerli vaxtla):
J2-075 (Bakı-İstanbul) – Uçuş: 09.05, Enmə: 10.55
J2-076 (İstanbul-Bakı) – Uçuş: 12.20, Enmə: 16.05
J2-079 (Bakı-İstanbul) – Uçuş: 17.05, Enmə: 18.55
Aprelin 7-dən etibarən isə uçuşlar həm Sabiha Gökçen, həm də İstanbul Yeni Hava Limanına həyata keçiriləcək.