"Bizim əsas hədəflərimiz Azərbaycan dövlət borcunun ÜDM-ə nisbəti və digər məsələlərdi. Həmçinin, biz götürülmüş xarici borcun göstəricisini azaldırıq. Eyni zamanda, dövrü risklərin güclndirilməsi kimi məsələlər də diqqətimizdə olan əsas məsələlərdən biridir". ONA xəbər verir ki, bunu bu gün "Fitch Ratings" agentliyinin Bakıda keçirdiyi tədbirdə çıxış edən Azərbaycanın Maliyyə Nazirliyinin İctimai Borcların İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursaqulov bilidirib.
Onun sözlərinə görə, 2015-ci ildə dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib, amma ölkədə aparılan iqtisadi islahatlar hesabına həmin təsir aradan qaldırılır.
“Azərbaycan ən islahatçı ölkələr siyahısında yer alıb. Azərbaycanda fiskal qaydalar hazırlanın və yeni idarəetmə prinsipləri müəyyən edilib. Həmin qaydalara əsasən, neftin qiymətindən asılı olmayaraq sabit xərclər müəyyən edilib, suveren xərclər dövlət büdcəsində xüsusi çəkisinin 3%-i keçməməsi barədə qərar qəbul olunub və qeyri-neft sektorunun inkişafına üstünlük verildi. Neftdənkənar sektorun ölkə iqtisadiyyatında payı hər il artmaqdadır”, - deyə o qeyd edib.
A. Mursaqulov əlavə edib ki, bəzi reytinq təşkilatlarının Azərbaycanla bağlı verdiyi reytinq göstəricilərindən narazılıqları var: "Biz Azərbaycana oxşar ölkələrdə araşdrımalar aparmışıq və görürük reytinq verən agentliklərin verdiyi göstəricilərlə müqayisdə bizim göstəricilər o ölkələrin göstəricilərindən daha yaxşıdır. Lakin bəzən bizim göstəricilər olduğundan daha az göstərilir".
Nazirliyin rəsmisi qeyd edib ki, digər ölkələrin makroiqtisadi göstəriciləri daim izlənilir və nəticədə bəzi ziddiyyətlərin olduğu müşahidə olunur.