• İQTİSADİYYAT

    15:14 24 aprel 2019

"Azər Türk Bank" kredit portfelini artırıb

"Azər Türk Bank" bu ilin yanvar-mart aylarının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA-nın banka istinadən verdiyi məlumata görə, aprelin 1-nə "Azər Türk Bank"ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 332 mln. manata çatıb. Bankın kredit portfelinin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 33% artaraq 156,2 mln. manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 7,8 mln. manat, xərcləri isə 7,4 mln. manat olub. Birinci rübdə bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 390,6 min manat təşkil edib. Bankın məcmu kapitalı isə 52,3 mln. manat olub.

Bank ilin ilk rübündə 151,5 mln. manat həcmində depozit cəlb edib ki, bunun da 49,8 mln. manatı əhalidən cəlb olunmuş vəsaitin payına düşüb. "Azər Türk Bank"ın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85% artaraq 52 924 nəfərə çatıb.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR