• İQTİSADİYYAT

    16:36 26 aprel 2019

ASCO 2020-ci ilin sonunadək iki unikal tipli gəmini balansına əlavə edəcək

Bakı Gəmiqayırma Zavodu iki ədəd unikal "Ro-Pax" tipli gəmi-bərələri növbə ilə 2020-ci ilin sonuna kimi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) təhvil veriləcək.

Zavoddan ONA-ya verilən xəbərə görə, unikal dizayna malik gəmilərin inşası qrafikə uyğun olaraq davam etdirilir.

Qeyd edək ki, hazırda zavodda birinci gəminin gövdə hissəsi 92,5%, ikinci gəminin gövdəsi isə 52,8% hazırdı.

Uzunluğu 154,5 metr, eni 17,7 metr olacaq gəmilərin sürəti 14 uzelə çatacaq. Gəmilər 56 çən, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını və 100 sərnişin daşıya biləcək. Heyət sayı isə 30 nəfərdən ibarət olacaq.

Bundan başqa, 2020-ci ilin sonunadək iki yeni nəsil tankerin də ASCO-ya təhvil verilməsi nəzərdə tutulub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR