• İQTİSADİYYAT

    11:57 16 aprel 2019

Azərbaycan 2022-ci ilin sonunadək onlayn kassa aparatlarına keçidi tam başa çatdıracaq

Azərbaycanda onlayn kassa aparatlarına tam keçid 2022-ci ilin 31 dekabrınadək başa çatdırılacaq. ONA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu prosesə artıq başlanılıb və yaxın vaxtlarda iri ticarət şəbəkələrində onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq: “Bu işlər mərhələli şəkildə icra olunacaq”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR