Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-2018-ci illərdə 1,12 mlrd. ton yük daşınıb.
ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, nəqliyyat sektorunun subyektləri tərəfindən ən yüksək yükdaşıma göstəricisi 2018-ci ildə qeydə alınıb və 229,9 mln. ton təşkil edib. Ən aşağı göstərici isə 2014-cü ilə təsadüf edib (222 mln. ton).
Daşımaların böyük hissəsi avtomobil nəqliyyatının payına düşüb.
Hesablamalara əsasən, son 5 ildə avtomobil nəqliyyatının Azərbaycan üzrə yükdaşımalarında payı 62,5% çatıb. 2014-2018-ci illərdə ölkədə avtomobil nəqliyyatı ilə 701,9 mln. ton yük daşınılıb.
Yükdaşımaların qalan hissəsi dəmir yolu, dəniz, hava nəqliyyatı və boru kəmərləri vasitəsi ilə təmin edilib.