Azərbaycanda 2014-2018-ci illərdə 5 236 ədəd minik və yük avtomobili istehsal edilib.
ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, son beş il ərzində ölkədə 3 858 minik və 1 378 yük avtomobili istehsal edilib.
Ölkədə 2014-2018-ci illərdə minik avtomobillərin istehsalı üzrə ən yüksək göstərici 2014-ci ildə qeydə alınıb və 1 861 ədəd təşkil edib.
Bundan əlavə, hesabat dövründə Azərbaycanda 5 978 traktor və 5 545 ədəd xüsusi təyinatlı kommunal maşını istehsal olunub.
Azərbaycanda avtomobil, traktor və təyinatlı kommunal maşınların istehsalı:
|
2018-ci il |
2017-ci il |
2016-cı il |
2015-ci il |
2014-cü |
Minik və yük avtomobillərinin istehsalı |
969 |
30 |
979 |
1 113 |
2 145 |
minik avtomobillərinin istehsalı |
969 |
30 |
270 |
728 |
1 861 |
yük avtomobillərinin istehsalı |
0 |
0 |
709 |
385 |
284 |
Traktorların istehsalı |
1 303 |
1 421 |
1 034 |
955 |
1 265 |
Xüsusi təyinatlı kommunal maşınların istehsalı |
0 |
3 320 |
1 557 |
668 |
0 |