Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə fəaliyyət göstərən sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə kompleks layihələr həyata keçirəcək. ONA-nın xəbərinə görə, bunu “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavininin sözlərinə görə, aqrar sahədə məşğulluq böyük əhəmiyyət kəsb edir, çünki ölkə əhalisinin 36%-nin məşğulluğu məhz kənd təsərrüfatı sahəsindədir.
"Lakin qeyd etməliyik ki, bu sahədə bizim çətinliklərimiz də mövcuddur. Belə ki, kiçik fermer təsərrüfatlarının mövcudluğu, torpaq və su resurslarının məhdudluğu, bəzən maliyyə resurslarına çıxışın asan olmaması və eyni zamanda bu sahədə fəaliyyət göstərən sahibkarların və fiziki şəxslərin bilik və bacarıqlarının azlığı sahənin inkişafına mənfi təsir göstərir",- deyə nazir müavini bildirib.