Asiya İnkişaf Bankının (AİB) donorları bankın, Asiya İnkişaf Fondunun (AİF) və Texniki Yardım üzrə Xüsusi Fondunun (TYXF) büdcələrinə dördillik dövr üçün (2021-2024-cü illə) 4 mlrd. ABŞ dolları məbləğində əlavə vəsaitin ayrılmasına dair razılıq əldə ediblər.
AİB-dən "APA-Economics"ə verilən məlumata görə, əlavə vəsaitin 2,3 mlrd. dolları və ya 58%-i Azərbaycan və Filippin də daxil olmaqla 30 donor tərəfindən maliyyələşdiriləcək. Yerdə qalan 1,7 mlrd. dollar (vəsaitin 42%-i) isə daxili ehtiyatlardan və AİB-in xalis gəlirlərindən olan transfertlər hesabına maliyyələşəcək.
Qeyd edək ki, 2019-cu ilin may ayında baş tutan AİB-in Rəhbərlər Şurasının 52-ci İllik Toplantısında Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın İdarə Heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən AİB-in Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan etmişdi.