• İQTİSADİYYAT

    11:38 18 mart 2019

Azərbaycan Avropa ölkələrinə ixracı 2 dəfəyə yaxın artırıb

Azərbaycan Rusiyaya ötən illə müqayisədə daha çox məhsul ixrac edib. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Rusiyaya 83,735 mln. ABŞ dollarlıq, 2019-cu ilin yanvar-fevral aylarında isə 88,735 mln. dollarlıq mal ixrac edib. Bu da 5 milyon dollarlıq artım deməkdir.

ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Avropa ölkələrinə ixracı iki dəfəyə yaxın artıb. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında 1,134 mlrd dollarlıq mal ixrac olunduğu halda, bu ilin analoji dövrü ərzində bu rəqəm 2 dəfə yaxın artaraq 2,201 mlrd. dollar təşkil edib.

Avropa ölkələri arasında ən çox məhsullar İtaliya, İspaniya və Almaniyaya göndərilib. Ümumilikdə, hesabat dövründə 28 Avropa İttifaqı ölkəsinə Azərbaycan məhsulu ixrac olunub. Ən az məhsul İrlandiyaya göndərilib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR