• İQTİSADİYYAT

    12:02 28 fevral 2019

Azərbaycan bal ixracını 28% artırıb

Azərbaycanda arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi (DSK) tərəfindən statistik müşahidələr təşkil olunub.

ONA-nın DSK-yə istinadən verdiyi məlumata görə, 2018-ci ildə ölkədə 30 474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4 993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun – 14,2 manat, vərəmumun – 118,4 manat, güləmin – 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib.

Hesabat ilində 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton və ya 27,7% çox bal ixrac edilib ki, onun da 96,4%-i Yaponiyanın payına düşür.

Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb.

Əvvəlki illə müqayisədə 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1 950,8 ton artıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR