• İQTİSADİYYAT

    15:55 24 may 2019

ABA elektron hərracların yaradılmasını təklif edib

Azərbaycanda bağlanan və fəaliyyətdə olan bankların qeyri-işlək aktivlərini tez bir zamanda iqtisadiyyata yönəltmək üçün elektron hərracların yaradılması zəruridir.

Bunu ONA-ya Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, hazırda fəaliyyətdə olan və bağlanan bankların balansında böyük həcmdə işlək olmayan aktivlər toplanıb və onların dəyəri 10 mlrd. manatdan artıqdır.

“Bura binalar, müxtəlif daşınmaz və daşınan əmlak daxildir. Bu aktivlərin bir hissəsi Azərbaycan Beynəlxalq Bankı tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına və “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə verilib. Onları iqtisadiyyata yönəltmək lazımdır. Hesab edirik ki, elektron auksionların yaradılması onların satışında uyğun və ədalətli qiymətin təyin edilməsinə, həmçinin şəffaflığın təmin olunmasına xidmət edəcək”, - deyə Z. Nuriyev əlavə edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR