• İQTİSADİYYAT

    16:28 2 aprel 2019

Azərbaycanda bankların ödəniş kartları ilə dövriyyəsi kəskin artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatları ödəniş kartları ilə 209 132 613,3 manatlıq əməliyyatlar aparıblar. ONA Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Belə ki, banklar arasında ən böyük əməliyyatlar "PASHA Bank"a məxsus olub. Bu göstərici 49 958 987,9 manat olub. "Kapital Bank" 25 913 905,61 manatla ikinci pillədə qərarlaşıb. Üçüncü pillədə isə 15 557 093,39 manatlıq əməliyyatla “Premium Bank” yer alıb. Ən az əməliyyat məbləği "NaxçıvanBank"a məxsus olub - 62 442,17 manat.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR