Azərbaycanın magistral neft kəmərləri vasitəsi ilə 2014-2018 illərdə 220 mln. tona yaxın neft nəql edilib.
ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, magistral neft kəmərləri ilə nəqlin ən yüksək göstəricisi 2014-cü ildə qeydə alınıb və 45,8 mln. ton təşkil edib.
Hesablamalara əsasən, magistral neft kəmərləri ilə nəqletmənin 77,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və son beş il ərzində bu kəmər vasitəsilə 170,9 mln. tondan artıq neft ötürülüb.
Bundan başqa, hesabat dövründə BTC kəməri ilə 28,8 mln. tona yaxın tranzit nefti də nəql edilib.
Magistral neft kəmərləri ilə nəqlin illər üzrə göstəriciləri:
|
2018-ci il |
2017-ci il |
2016-cı il |
2015-ci il |
2014-cü il |
2014-2018-ci illər |
Magistral neft kəmərləri, min ton |
41 490,8 |
42 727 |
44 129 |
45 700 |
45 800 |
219 846,8 |
BTC, min ton |
33 827,1 |
33 755 |
33 929,9 |
34 810 |
34 600 |
170 922 |
- transit, min ton |
6 530,2 |
6 432,4 |
4 700 |
5 500 |
5 600 |
28 762,6 |