• İQTİSADİYYAT

    11:59 10 aprel 2019

Azərbaycan Beynəlxalq Bankı “e-manat” terminallarında kart hesablarına mədaxil etmək imkanı yaradıb

Azərbaycan Beynəlxalq Bankı müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, onların işini asanlaşdıran və vaxtına qənaət edən daha bir yeni xidmətini təqdim edib. Belə ki, indiyədək bankın müştəriləri “e-manat” terminalları vasitəsilə kredit ödənişlərini həyata keçirə bilirdi. Lakin artıq bankın müştəriləri “e-manat” terminalları vasitəsilə öz kart hesablarının balansını da artıra biləcəklər. Vəsaiti bu üsulla həm debet, həm də kredit kartı hesablarına mədaxil etmək mümkündür.

ONA banka istinadən xəbər verir ki, bunun üçün “e-manat” terminallarında Azərbaycan Beynəlxalq Bankını seçdikdən sonra “Fiziki şəxslər - karta mədaxil” bölməsini tapmaq, müvafiq məlumatları və vəsaiti daxil etmək kifayətdir. Onu da qeyd etmək lazımdır ki, bu zaman müştərilərdən heç bir əlavə komisyon haqqı tələb olunmur.

"Qayğıkeş klubu" çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri Azərbaycan Beynəlxalq Bankının plastik kartları və POS-terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin müəyyən hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR