Azərbaycan Beynəlxalq Bankı Novruz bayramı münasibətilə yeni kredit kampaniyasına start verib.
Bankdan ONA-ya verilən məlumata görə, “Yazı güzəştlərlə hiss et!” devizi altında keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər kəs nağd pul kreditini bankdan cəmi 18%-dən başlanan illik faiz dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 20.000 manatadək
• Kreditin müddəti - 60 ayadək
• İllik faiz dərəcəsi - 18%-dən başlayaraq
• Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 10 aprel tarixinə qədər davam edəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.