Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin birinci rübünün yekunlarına dair maliyyə nəticələrini açıqlayıb.
ONA banka istinadən xəbər verir ki, 31 mart 2019-cu il tarixinə bankın aktivləri 8,5 mlrd. manata çatıb. Bankın kapital mövqeyi rüb ərzində də möhkəmlənib.
Hesabat dövründə bankın kredit portfeli 1,9 mlrd. manat olub. Bank tərəfindən hüquqi və fiziki şəxslərə 200 mln. manatadək kredit və qarantiyalar verilib.
Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində görülən tədbirlər bankın ilin birinci rübü üzrə də mənfəətliliyinə də müsbət təsir göstərib. Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin birinci rübündə 130,3 mln. manat xalis mənfəət əldə edib. Bankın sırf əməliyyat fəaliyyətindən əldə etdiyi mənfəətin həcmi 85,1 mln. manat olub.