• İQTİSADİYYAT

    17:22 12 mart 2019

“Qazprombank” Azərbaycan bankları ilə əməkdaşlıq etmək niyyətindədir

Rusiyanın “Qazprombankı”nın nümayəndələri Azərbaycana səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankında (ABB) görüş keçiriblər.

ONA-nın ABB-yə istinadən verdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov qonaqlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib, bankda həyata keçirilən inkişaf tədbirləri, qarşıya qoyulmuş yeni strateji hədəfləri barədə danışıb, ABB-nin xarici əlaqələrini daim inkişaf etdirdiyini, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışdığını bildirib.

Öz növbəsdində “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov təmsil etdiyi qurumun Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Azərbaycana səfəri çərçivəsində müxtəlif qurumlarda keçirdikləri görüşlər barədə danışıb, həmçinin, Azərbaycan Beynəlxalq Bankı ilə gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirib.

Görüş zamanı “Qazprombank”ın Azərbaycanda həyata keçirmək niyyətində olduğu bir sıra layihədə ABB-nin də iştirakı imkanları, eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan “Bank ABB – Moskva” ilə “Qazprombank” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə biznes layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR