• İQTİSADİYYAT

    12:56 15 aprel 2019

Azərbaycan Beynəlxalq Bankı 100-dən artıq valyutada xaricə köçürmə xidmətini təklif edir

Azərbaycan Beynəlxalq Bankına xarici ölkələrə köçürmələri həyata keçirmək məqsədilə müraciət edən fiziki şəxs müştərilər bunu dünyanın bir çox valyuta növlərində də edə biləcəklər.

ONA banka istinadən xəbər verir ki, hər bir müştəri Azərbaycan Beynəlxalq Bankının yeni təqdim etdiyi “Multivalyuta köçürmələri” xidmətindən faydalanmaqla xaricə köçürmələri ənənəvi valyuta növlərindən başqa dünyanın daha 100-dən artıq valyutasında da yerinə yetirə bilər. Bunun üçün müştərilərə xaricə köçürmə ilə bağlı müvafiq sənədləri təqdim etmək və istəyinə uyğun valyutanı seçmək kifayətdir. Sözügedən xidmətdən Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrində yararlanmaq mümkündür.

Azərbaycan Beynəlxalq Bankı ölkədə fəaliyyət göstərən banklar arasında ən çox müxbir hesablara malik bankdır və məhz bu səbəbdən bank mütəmadi olaraq öz müştərilərinə köçürmə xidmətləri üzrə yenilikləri təqdim etməyə davam edəcək.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR