Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
ONA-nın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 638,1 mln. manat gəlir əldə olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.