Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, cari ilin iki ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin ("Azerspace-1") ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
"Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinn 71%-ni təşkil edib.
Beləliklə, 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 13% azalıb.
Bu ilin fevral ayında isə "Azərkosmos" dünyanın 14 ölkəsinə 952 min dollar dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2019-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır.