Bu ilin yanvar-mart aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, cari ilin üç ayında "Azərkosmos" peyk telekommunikasiya xidmətlərinin ("Azerspace-1") ixracından 7,6 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85%-ni təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,2 dəfə artıb.
Bu ilin mart ayında isə "Azərkosmos" dünyanın 17 ölkəsinə 5,5 milyon dollar dəyərində xidmət ixrac edib.
"Azərkosmos"un 2019-ci ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, BƏƏ, Almaniya və Birləşmiş Krallıq olub.