Bu il Azərbaycanda 38,4 mlrd. kubmetr qazın hasil ediləcəyi gözlənilir ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 7,9% çoxdur.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə ölkədə 36,5 mln. ton neft hasil ediləcək ki, bu da illik ifadədə 2,7%-lik azalma deməkdir.