"Cənub Qaz Dəhlizi" QSC 2019-2020-ci illərdə dəhlizin yaradılması çərçivəsində Azərbaycanın payını maliyyələşdirməsini təmin etmək məqsədilə 400 mln. ABŞ dolları məbləğində vəsait xərcləyəcək.
ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev bildirib.
Onun sözlərinə görə, vəsaitin 200 mln. dolları bu il, qalan 200 mln. dolları isə gələn il xərclənəcək.
Ümumiyyətlə, Ə. İsayevin sözlərinə görə, QSC Cənub Qaz Dəhlizinə daxil olan layihələrin reallaşdırılmasına 9,7 mlrd. dollar yönəldib (aprelin sonuna olan məlumata əsasən). QSC tərəfindən dəhlizin yaradılmasına 10,1 mlrd. dollar həcmində vəsaitin xərclənəcəyi nəzərdə tutub.