Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 2,61 mlrd. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,3% çoxdur.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycanda qazın nəqlinin 33,5%-i Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Ümumiyyətlə, yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 7,8 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8% artım müşahidə olunub.