Bu ilin yanvar-aprelində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 3,4 mlrd. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,1% çoxdur.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövrü Azərbaycanda qazın nəqlinin 34,4%-i Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Ümumiyyətlə, yanvar-aprel aylarında magistral qaz kəmərləri ilə 9,9 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,8% artım müşahidə olunub.