• İQTİSADİYYAT

    17:41 3 aprel 2019

Azərbaycan Danimarkaya növbəti dəfə alüminium profil ixrac edib

Sumqayıt Texnologiyalar Parkı (STP) Danimarkaya alüminium profillərinin növbəti partiyasını yola salıb. STP-dən ONA-ya verilən məlumata görə, bu, Azərbaycanın Danimarkaya ixrac etdiyi alüminium profillərinin ikinci sifarişidir. İlk sifariş üzrə göndəriş 2018-ci ilin noyabr ayında həyata keçirilib. Danimarka tərəfi məhsuldan razı qaldığı üçün daimi sifariş vermək qərarına gəlib. STP cari ildə bu ölkəyə daha bir neçə dəfə alüminium profillər satmağı planlaşdırır.

Məhsul Danimarkada sənaye və mülki obyektlərin tikintisində istifadə olunacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR