“Gələn həftədən uçuşlar ölkə daxilində bərpa edilə bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək, həmin aydalar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək.
İbrahim Məmmədov onu da bildirib ki, beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil.
İ. Məmmədov deyib ki, Azərbaycana giriş və çıxışla bağlı məhdudiyyət 15 iyuna qədər uzadılıb: “Əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronavirusla bağlı testdən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməsinə ehtiyac olmasın. Başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu mühüm məqamdır".