• İQTİSADİYYAT

    09:35 21 may 2019

"Azərbaycan Dəmir Yolları": Bakı şəhərətrafı dəmir yolu xəttində elektrik qatarları ilkin mərhələdə 4 stansiyada dayanacaq

Bu yaxınlarda Bakı şəhərətrafı dəmir yolu xəttinin Bakı-Sabunçu hissəsinin istismara verilməsi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın ONA-ya verdiyi məlumata görə, işlər mərhələlərlə aparılır.

Dairəvi dəmir yolunun Sumqayıt-Sabunçu hissəsində işlər sürətlə davam edir. Ümumilikdə genişləndirmə işləri Bakı sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Bu yol istismara veriləndən sonra Bakı, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin nəqliyyat problemi qismən aradan qaldırılacaq, dairəvi dəmir yol boyunca yerləşən kəndlərdə yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Bakı dairəvi yolunda 14 stansiya və dayanacaq olacaq. İlkin mərhələdə Bakı sərnişin stansiyasından çıxan elektrik qatarları Keşlə, Koroğlu, Bakıxanov və Sabunçu stansiyasında dayanacaqlar. Bakı dairəvi yolunda hərəkət edəcək qatarların sayı, onların hərəkət cədvəli, gediş haqqı barəsində məlumatlar hələ müəyyənləşdirilməyib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR