"Azərbaycan Dəmir Yolları" QSC təfəfindən 19-26 mart tarixlərində 24 880 sərnişin daşınıb. ONA-nın QSC-yə istinadən verdiyi məlumata görə, bayram günlərində 22 423 nəfər ölkə daxilində hərəkət edən, 2 457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb.
Bayram günlərində hər gün əlavə 800-1 000 nəfər sərnişin daşınıb.
Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.